Şanxay: rəsmilərin qohumlarına bizneslə məşğul olmaq yasaqlanıb

Prezident Si Dzinpin korrupsiya əleyhinə amansız mübarizə aparılacağını vəd edib.
Şəklin alt yazısı, Prezident Si Dzinpin korrupsiya əleyhinə amansız mübarizə aparılacağını vəd edib.
Çap edildi

Çinin ən böyük şəhərində dövlət rəsmilərinin qohumlarına sahibkarlıq fəaliyyətilə məşğul olmaq qadağan edilib.

Müxbirlər Şanxayda başlanan təcrübənin ölkə boyu tətbiq ediləcəyini bildiriblər.

Yeni qaydalara əsasən şəhər və rayon administrasiyalarının rəhbərləri xanımları və uşaqlarının fəaliyyətilə bağlı kommunist partiyası orqanlarına hesabat verməlidirlər.

Bu məlumatı ictimaiyyətə açıqlamaq məcburi deyil.

2012-ci ildə hakimiyyət başına gəldikdən sonra prezident Si Dzinpin dövlət və partiya apparatında korrupsiya əleyhinə davamlı mübarizə aparılacağını vəd edib.