Şəkillər: Nigeriyada qurbağa kababı

Çap edildi

Nigeriyada qurbağa kababını heç də hamı bəyənmir, lakin bəzi nigeriyalılar bu yeməyi ləzzətli sayır.

Philip Paul qurbağa satır - o özü, arvadı və qızı qurbağanı dadlı yemək sayırlar. Ailə mərkəzi Benue ştatındadır. Lakin indi onlar şimal-şərqdə yaşayırlar, orada isə yerli camaat qurbağa yeməyə öyrəşməyib.
Şəklin alt yazısı, Philip Paul qurbağa satır - o özü, arvadı və qızı qurbağanı dadlı yemək sayırlar. Ailə mərkəzi Benue ştatındadır. Lakin indi onlar şimal-şərqdə yaşayırlar, orada isə yerli camaat qurbağa yeməyə öyrəşməyib.
25 yaşlı Philipin sözlərinə görə, qurbağaları tutmaqdan asan iş yoxdur. Gecələr o, bayırda iplərdən qurbağanı şirniklədirə bilən yem asır. Qurbağa ipə hoppandıqdan sonra isə onu əllə götürüb torbaya yığmaq qalır.
Şəklin alt yazısı, 25 yaşlı Philipin sözlərinə görə, qurbağaları tutmaqdan asan iş yoxdur. Gecələr o, bayırda iplərdən qurbağanı şirniklədirə bilən yem asır. Qurbağa ipə hoppandıqdan sonra isə onu əllə götürüb torbaya yığmaq qalır.
Bundan sonra o, qurbağaları şişə taxır. Philip bu bizneslə 2008-ci ildən məşğul olur. O, qurbağaları Adamawa ştatında tutub hazırlayaraq, hazır məhsulu qurbağa kababının populyar olduğu Benua ştatına göndərir.
Şəklin alt yazısı, Bundan sonra o, qurbağaları şişə taxır. Philip bu bizneslə 2008-ci ildən məşğul olur. O, qurbağaları Adamawa ştatında tutub hazırlayaraq, hazır məhsulu qurbağa kababının populyar olduğu Benua ştatına göndərir.
Philip Paul hazırlanmış şişləri yaşadığı evinin divarına dayayıb qurbağaları qurudur. Bu mənzərəni görən qonşular onları bu yeməkdən dadmağa heç də həvəsləndirmir.
Şəklin alt yazısı, Philip Paul hazırlanmış şişləri yaşadığı evinin divarına dayayıb qurbağaları qurudur. Bu mənzərəni görən qonşular onları bu yeməkdən dadmağa heç də həvəsləndirmir.
Günəş altında 6-7 saat saxladıqdan sonra Philip qurbağaları hisə verir.
Şəklin alt yazısı, Günəş altında 6-7 saat saxladıqdan sonra Philip qurbağaları hisə verir.
Bişmiş qurbağaları sahibi ölçüsünə uyğun qiymətə satır. 37 xırda qurbağadan ibarət bir şiş kəbabı Philip 1.50 dollara satır.
Şəklin alt yazısı, Bişmiş qurbağaları sahibi ölçüsünə uyğun qiymətə satır. 37 xırda qurbağadan ibarət bir şiş kəbabı Philip 1.50 dollara satır.
34 orta ölçülü qurbağadan ibarət 1 şiş kababın qiyməti 2 dollar, 24 böyük qurbağadan hazırlanmış 1 şiş kababın qiyməti isə 4 dollardır.
Şəklin alt yazısı, 34 orta ölçülü qurbağadan ibarət 1 şiş kababın qiyməti 2 dollar, 24 böyük qurbağadan hazırlanmış 1 şiş kababın qiyməti isə 4 dollardır.
Bu cür hazırlanmış qurbağa kabab kimi də yeyilir, eyni zamanda onu ədviyyat, pomidor, soğan və bibər ilə pörtlədərək də yemək olar. Philip Paul sözlərinə görə, o, qonşularını əmin etməyə çalışır kı, qurbağa balıqdan dadlıdır, lakin qonşularını buna hələ ki inandıra bilməyib. Məlumatı BBC-dən Christine Otieno tərtibləyib.
Şəklin alt yazısı, Bu cür hazırlanmış qurbağa kabab kimi də yeyilir, eyni zamanda onu ədviyyat, pomidor, soğan və bibər ilə pörtlədərək də yemək olar. Philip Paul sözlərinə görə, o, qonşularını əmin etməyə çalışır kı, qurbağa balıqdan dadlıdır, lakin qonşularını buna hələ ki inandıra bilməyib. Məlumatı BBC-dən Christine Otieno tərtibləyib.