Germanwings qəzası: təhqiqatçılar 78 sərnişinin meyitini "tanıyıb"

Çap edildi

Fransa Alplarında qəzaya uğrayan Almaniyanın Germanwings aviaşirkətinin təyyarəsində işləyən təhqiqatçılar bildirib ki, onlar 150 nəfərdən 78-nin cəsədlərini DNA testinə görə tanıyıblar.

Bununla yanaşı, onlar Almaniya mediasının pilot Andreas Lubitzin meyitinin tapılması barədə məlumatlarını rədd edib.

Pilot kabinəsinin qara qutusuna görə, Lubitzin təyyarə qəzasını qəsdən törətdiyinə şahidlik edir.

Medianın yazdığına görə, qəzadan bir qədər əvvəl baş pilot özünü kabinəyə bağlayan Lubitzə "Qapını aç!" qışqırır.

Xilasedici komandası dağları gəzərək meyitləri və ikinci qara qutunu tapmağa çalışır, lakin faciə yerinə yalnız piyada və ya vertolyotla getmək mümkündür.

Marsel prokuroru Roben bildirib ki, qəza yerinə getmək üçün xüsusi yol çəkilir və yol bazar ertəsi axşamına hazır ola bilər.