Minskdə Ukrayna tənzimlənməsi üzrə danışıqlar başa çatıb

Minsk görüşündə Ukrayna separatçılarını Denis Puşilin (öndə) təmsil edir.
Şəklin alt yazısı, Minsk görüşündə Ukrayna separatçılarını Denis Puşilin (öndə) təmsil edir.
Çap edildi

Belarus paytaxtında Ukrayna tənzimləməsi üzrə Minsk razılaşmalarını imzalayan üçtərəfli təmas qrupu üzvlərinin danışıqları başa çatıb.

Yekun sənəd hələ imzalanmayıb, onun müzakirəsi davam edir, “Luqansk Xalq Respublikası” separatçılarını təmsil edən Vladislav Dayneqo Novosti Rusiya informasiya agentliyinə deyib.

Görüş qapalı rejimdə başlayıb və onun rəsmi danışıqlar statusuna malik olub-olmaması məlum deyil.

"Müvəffəqiyyətsiz danışıqlar"

Minsk görüşündə Ukrayna təmsilçisi Leonid Kuçma separatçı nümayəndələri danışıqları pozmaqda günahlandırıb.

“Minsk razılaşmalarının yerinə yetirilməsi planı üzrə bugünkü konsultasiyalar Minsk sənədlərini imzalayan Aleksandr Zaxarçenko və İqor Plotnitski gəlmədiklərinə görə müvəffəqiyyətsizliyə uğrayıb”, - İnterfaks agentliyinə müsahibəsində Kuçma deyib.

Öz növbəsində separatçıların nümayəndələri Kiyevin öz qoşunlarına nəzarət etmək iqtidarında olmadığını bəyan ediblər: onlar Ukraynanın şərqində münaqişənin daha da gərginləşməsinin səbəbini bunda görürlər.

Minsk danışıqları təxminən üç saat davam edib, danışıqlarda Ukraynanın sabiq prezidenti Leonid Kuçma, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, ATƏT sədrinin xüsusi təmsilçisi Heidi Tagliavini, eləcə də rusiyapərəst separatçıların nümayəndələri iştirak ediblər.

ATƏT yekun sənədin 29 yanvarda hazırlandığını bildirir.

Sənəd gərginliyin azaldılmasına yönələn atəşkəs və ağır silahların təmas xəttindən geri çəkiməsi kimi konkret addımları nəzərdə tutur.

Danışıqlar barədə xəbər qarşıdurmanın yenidən qızışmasına təsadüf edib.
Şəklin alt yazısı, Danışıqlar barədə xəbər qarşıdurmanın yenidən qızışmasına təsadüf edib.

Cümə günü Ukrayna separatçılarının nümayəndəsi danışıqların pozulmasında Kiyevi ittiham edib.

Denis Puşilin deyib ki, danışıqların nəticəsiz başa çatması təqdirində sabiq Donetsk və Luhansk vilayətlərinin “ tam azad olunmasınadək” hücumları davam etdirmək haqqını özündə saxlayır.

Danışıqlar barədə xəbər Ukraynanın şərqində döyüşlərin qızışmasına təsadüf edib. Tərəflər bir-birlərini vəziyyətin eskalasiyasında ittiham edirlər.

Bazar ertəsi Rusiya prezidenti Vladimir Putin deyib ki, Kiyev dinc tənzimləmə yolu ilə getmək istəmir və atəşkəsi yalnız qüvvələrin yenidən qruplaşması üçün istifadə edir.

Yanvarın 27-də Ukrayna parlamenti özünün növbədənkənar sessiyasında Rusiyanı təcavüzkar ölkə tanıyan bəyanatını təsdiqləyib.

Kiyev və Qərb Rusiyanı Ukrayna şərqindəki separatçıları dəstəkləməkdə ittiham edirlər. Moskva bu ittihamları rədd edir.

Şənbə gününə olan məlumatlara görə Donetsk bölgəsində hərbi qarşıdurma 3 yerli sakinin ölümünə bais olub və 7 mülki xəsarət alıb, Ukrayna Daxili İşlər Nazirliyi bildirir.

Onlardan iki nəfər Debatlsevo sakindir. Son günlər Kiyev və rusiyapərəst qüvvələr arasında Debaltsevo və Uqleqorsk şəhərləri ətrafında döyüşlər şiddətlənib.

"Humanitar yardım"

Rusiyanın Fövqəladə Hallar Nazirliyi Ukraynanın Donetsk və Luhansk bölgələrinə 170 abtomobildən ibarət karvanla humanitar yardımın çatdırıldığını bəyan edib.

Moskva yük karvanda ərzaq, inşaat materialları, tibbi ləvazimat və dərman kimi humanitar yardımın olduğunu bildirir.

Kiyev “razılaşdırılmamış şəkildə” göndərilən humanitar yardıma etiraz edib.