Suriya: ən azı 42 uşaq həlak olub

Şəklin mənbəyi, UNHCR
Çap edildi
Suriyada son iki həftədə ən azı 42 uşaq hökümət qüvvələrinin hücumu nəticəsində həyatını itirib.
Hüquq müdafiəçilərinin sözlərinə görə, uşaqlar Suriyanın şimalındakı Aleppo və İdlib şəhərləri sakinləri olub.
Paytaxt Dəməşqdə isə hərbi-hava qüvvələri hazırda üsyançıların nəzarətində olan Cubar ərazisini bombalamaqda davam edir. Hökümət qüvvələri Cubarda əməliyyatlara ötən həftə başlayıb.
BMT-nin məlumatlarına görə, Suriyada sürən üç illik münaqişə təxminən 200 min insanın həyatına son qoyub.




















