İslandiya: vulkanın yaxınlığında çat əmələ gəlib

Şəklin mənbəyi, AFP
İslandiya Meteoroloji Ofisi ötən gecəyarısı Bardarbunga vulkanının yaxınlığında qəfil yaranan çatdan sonra qırmızı xəbərdarlıq elan edib.
Alimlər deyir ki, 1 km-lik çat püskürməsi Vatnajokull buzlağının şimalında baş verib.
Mülki müdafiə rəsmiləri bildirib ki, püskürmənin 1.500 metrəyə çatacağını güman edərək İslandiya Hava Nəqliyyat Nəzarəti uçuşları dayandırıb.
Vulkan bir neçə dəfə titrəyib.
İslandiyada Bardabunga sistemində yerləşən ikinci ən böyük vulkanda oyanma çatlara səbəb olub, Mülki Müdafiə Şöbəsi bildirib.
"Püskürməni monitorinq edən alimlər təhlükəsiz məsafədədirlər", İslandiya Meteoroloji Ofisi əlavə edib.
Hələlik heç bir vulkan külü gözə çarpmayıb.
İslandiyanın mərkəzində yerləşən Bardarbunga böyük vulkan sisteminin ən böyük hissələrindəndir.
2010-cu ildə Eyjafjallajokull vulkanının püskürməsi bütün Avropada hava nəqliyyatına zərər verən kül buraxmışdı.
























