Ebola haralarda yayılıb? - Xəritə

Çap edildi

Qərbi Afrikada Ebola xəstəliyi epidemiyasının başlaması barədə ilk xəbər bu ilin mart ayında alınmışdı.

Tezliklə bu dəfəki bəlanın ölüm halları sayı baxımından 1976-cı ildə xəstəlik ilk dəfə aşkar edildikdən sonra ən ağır epidemiya hadisəsi olduğu aydınlaşıb.

Xəstəlikdən artıq 1,000-dən çox adam ölüb. Ən ağır vəziyyət Sierra Leone, Qvineya və Liberiyada yaranıb, Afrikanın ən çoxsaylı əhalisi olan Nigeriyada iki ölüm halı qeydə alınıb.

Beynəlxalq Səhiyyə Təşkilatı (WHO) ümumdünya səhiyyəsi miqyasında Ebola virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

xəritə

"New England Journal of Medicine" dərgisinin tədqiqatçıları epidemiyanın bu dəfəki başlanğıc nöqtəsi kimi 2013-cü ilin dekabrın 6-da Qvineyanın cənub şərqindəki balaca bir kənddə 2 yaşlı qız uşağının xəstəliyə tutulub ölməsi halını tanıyıblar.

Kumulyativ ölüm statistikası

WHO Ebola virusunun yayıldığı ölkələr üzrə son statistik məlumatları dərc edib.

Ebola data

Göstərilən rəqəmlər "təsdiqlənmiş" ölüm hallarına aiddir. Bu məlumatlar vaxtaşırı təzələnir.

2014-ci il epidemiyası konteksti

Ebola virusu əsasən özünü Afrikanın Sahara səhrasından cənubda yerləşən ölkələrdə gösətərir və adətən hər il Ebola xəstələrinin sayı 500-dən çox olmur.

Ebola data

1979-1994-cü illər arasında heç bir xəstəlik hadisəsi qeydə alınmamışdı.

2014-cü il epidemiyası statistikası isə əvvəlki illərin xəstəlik statistikasını xeyli dərəcədə üstəliyib.

WHO statistikasına əsasən avqustun 9-a olan məlumatlara əsasən 1,848 xəstəliyə tutulma və ya buna şübhə doğuran hallar və 1,013 ölüm halı qeydə alınıb.

Ebola data
Şəklin alt yazısı, Avqustun 4-ə olan 2014-cü ilin Ebola epidemiyasının arealı. Sierra Leone, Liberiya və Qvineyada ölənlərin sayı 300-dən çoxdur.