İŞİD İraq kimyəvi silah kompleksini ələ keçirib

Şəklin mənbəyi, PA
İraq rəsmiləri təsdiqləyib ki, İŞİD tərəfindən idarə olunan sünni üsyançılar istifadə olunmayan kimyəvi silah zavoduna nəzarət edirlər.
BMT-ə məktubunda, İraq rəsmiləri bildirib ki, onlar kimyəvi silahların məhvi ilə bağlı öhdəliklərini həyata keçirmək iqtidarında deyillər.
Bağdadın şimal-qərbindəki Muthanna kompleksi sarin və digər ölümcül maddələrlə yüklü raketlərə malikdir.
BMT və ABŞ bildirib ki, həmin silah-sursat yararsız vəziyyətdədir və üsyançılar onlardan istifadəyə yararlı kimyəvi silah hazırlaya bilməzlər.
BMT Baş Katibi Ban Ki-moon –a məktubunda İraqın BMT-dəki səfiri Mohamed Ali Alhakim bildirib ki, üsyançılar iyunun 11-də mühafizəçi əsgərləri tərki-silah edərək kompleksi ələ keçiriblər.
Sənəddə bildirilir ki, Muthanna müşahidə sisteminin göstərdiyinə görə, zavodda “bir sıra təchizad və cihaz qarət edilib”.

Şəklin mənbəyi, BBC World Service
Məktubda həmçinin yazılıb ki, zavodun ələ keçirilməsindən sonra İraq “kimyavi silahların məhvi ilə bağlı öhdəliklərini həyata keçirmək” iqtidarında deyil.
Eyni zamanda, qeyd olunur ki, “vəziyyət sabitləşəndən və kompleksə nəzarət bərpa edildikdən sonra”, hakimiyyət öz öhdəliklərini həyata keçirəcək.
Muthanna-da sarin və iprit də daxil olmaqla, ölümcül maddələrlə yüklü təxminən 2,500 raketin olduğu güman edilir.
Yaxın həftələr ərzində İŞİD (İraqda və Levant bölgəsindəki İslam Dövləti) yaraqlıları İraqın şimal-qərbində geniş əraziləri ələ keçiriblər.
BMT bildirib ki, iyun ayı ərzində “zorakılıq və terror aktaları” nəticəsində 1,531 mülki şəxs də daxil olmaqla, 2,417 iraqlı qətlə yetirilib.
Döyüşlərin nəticısində bir milyondan çox insan ev-eşiyini tərk etməli olub.
























