Çin: Tiananmen meydanı etirazların 25 ili tamam olur

Şəklin mənbəyi, BBC World Service
Paytaxt Pekinin mərkəzi meydanında 25 il bundan əvvəl tələbələrin kütləvi çıxışı təhlükəsizlik qüvvələri tərəfindən qəddarcasına dağıdılmışdı.
Bu tarix ərəfəsində Çin rəsmiləri anım aksiyaların keçirilməsinin qarşısını almaq üçün hazırlıq görüblər.
Jurnalistlər meydana buraxılmayıb, qalan vətəndaşlar isə yoxlanıldıqdan sonra meydana buraxılıb.
Çində nəyinki anım mərasimləri keçirmək, eləcə də yzlərlə adamın ölümü ilə nəticələnən etirazların dağıdılması barədə danışmaq belə qadağan olunub.
Son bir neçə həftə ərzində yüzlərlə fəal və jurnalist saxlanılıb, xarici KİV-lər isə Tiananmen hadisələri barədə məqalələrə görə ciddi nəticələrlə üzləşəcəkləri barədə xəbərdarlıqlar arıblar.
В последние недели десятки Нажать активистов и журналистов были задержаны, а иностранные СМИ предупреждены о серьезных последствиях публикаций о событиях на Тяньаньмэнь.
Çin rəsmiləri dəfələrlə bildirblər ki, Tiananmen etirazların dağıdılması düzgün addım olub və həmin hadisələrin Çin mətbuatında və sosial şəbəkələrdə müzakirəsinin qarşısını alırlar.
Çin höküməti 1989-cu il etirazlarını əks-inqilab üsyanı sayır, etiraz iştirakçıları isə dövlət xaini sayılır.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
























