Hindistan: müxalifət inandırıcı qələbəyə doğru gedir

Müxalifətdə olan millətçi BJP (Bharatiya Janata Party) partiyasının lideri Rajnath Singh parlament seçkilərində “xalqın qələbəsi” kimi səciyyələndirdiyi uğurlu çıxışının “yeni era” açdığını bildirib.
Uzun müddət ərzində hakim partiya olan “Milli Konqres” partiyası parlament seçkilərində səslərin ilkin hesablamasından sonra məğlubiyyətini etiraf edərək müxalifətə keçməyə “hazır olduğunu” deyib.
Qeyri-rəsmi hesablamalara görə müxalifətdə olan millətçi BJP partiyası səslərin əksəriyyətini cəlb etməyə müvəffəq olub.
Qanuna görə tək partiyalı hökumət qurmaq üçün 543 yerli parlamentdə 272 yerə nəzarət etmək lazımdır.
"Biz məğlubiyyəti etiraf edirik. Müxalifətə keçməyə hazırıq”, - “Milli Konqres”in nümayəndəsi bəyan edib.
Yüksək davamiyyət şəraitində keçən seçkilərə seçicilərin 1984-cü ildən bəri rekord sayılan 66.38 faizi qatılıb.
Bəzi məntəqələrdə səsvemə başa çatmamış BJP partiyasının tərəfdarları bayram etməyə başlayıblar.
"Bu Hindistan üçün dönüş nöqtəsidir”, BJP partiyasının liderləri Siddhartha Nat Singh bildirib.
9 mərhələdən ibarət səsvermə prosesi apelin 7-dən başlayaraq mayın 12-nə kimi davam edib.
Yarım milyarddan çox hindistanlı səs vermək hüququna malikdir.
























