Ayrı düşmüş Şimali və Cənubi Koreyalıların həyəcanlı görüşü

Şimali və Cənubi Koreyalılar
Şəklin alt yazısı, 100-dən çox Cənubi və Şimali Koreyadan olan bölünmüş ailələrin üzvləri cümə axşamı günü Şimali Koreya ərazisində görüşüblər.
Çap edildi

1950-1953-cü il Koreya müharibəsi nəticəsində ayrı düşmüş ailələrin yüzlərlə üzvü Şimali və Cənubi Koreyadan olan bölünmüş ailələrin görüşündə iştirak edir.

Hadisədə iştirak etmək üçün 100-dən çox yaşlı Cənubi Koreyalı cümə axşamı günü Şimali Koreyaya gəlib.

Bölünmüş ailələrin görüşü fevralın 20-dən 25-dək keçirləcək.

Görüş gələn həftənin bazar ertəsi gününə təyin edilmiş Cənubi Koreya və ABŞ arasında birgə hərbi təlimlərin ərəfəsinə təsadüf edib.

Şimali Koreya bundan əvvəl xəbərdarlıq etmişdi ki, təlim başlayacağı təqdirdə bölünmüş ailələrin görüşü baş tutmayacaq.

Cümə axşamı günü, Cənubi Koreyadan olan 82 nəfər yaşlı vətən və onların 58-dək aillə üzvləri avtobusla Şimali Koreyaya yola düşüblər.

Onların 10-dan çoxu əlil arabalarında, daha 2 nəfər isə təcili tibbi yardım maşınında hərəkət edir.

Cənubi Koreyalılar Şimaldakı yaxınlarına hədiyyə, pal-paltar, dərman və ərzaqdan ibarət hədiyyələr aparıblar.

Şimali və Cənubi Koreyalılar
Şəklin alt yazısı, Son onillər ərzində ilk dəfədir ki bölünmüş ailələrin üzvləri görüşmək imkanı əldə edib.
Şimali və Cənubi Koreyalılar
Şəklin alt yazısı, Görüş Şimali Koreyada Kumgang dağında yerləşən kurort ərazisində təşkil edilib.
Şimali və Cənubi Koreyalılar
Şəklin alt yazısı, 1950-1953-cü il Koreya müharibəsi nəticəsində milyonlarla koreyalı ailələrindən ayrı düşüb.

Görüş Şimali Koreyada Kumgang dağında yerləşən kurort ərazisində təşkil edilib.

Hər bir belə görüşdə hər iki tərəfdən təxminən 100 ailə iştirak edir.

Cənubi Koreyada siyahıya alınan bölünmüş ailələrin sayı isə 72 minə çatır.

Bölünmüş ailələrin əksəriyyəti uzun illər ərzində növbələrini gözləməkdədir.