İtaliya prezidenti baş nazirin istefasını qəbul edib

Demokratlar partiyasının gənc lideri Matteo Renzi (solda) və baş nazir Enrico Letta (sağda) arasında münasibətlər getdikcə gərginləşir.
Şəklin alt yazısı, Demokratlar partiyasının gənc lideri Matteo Renzi (solda) və baş nazir Enrico Letta (sağda) arasında münasibətlər getdikcə gərginləşir.
Çap edildi

İtaliyanın baş naziri yeni hökumətin formalaşmasına dair partiydaşlarının çağırışları ardınca istefaya çıxıb.

Bundan əvvəl Enrico Lettanın mənsub olduğu Demokrat partiyasının sədri yeni kabinetin tərtibi məsələsində partiyanın dəstəyini qazanıb.

Matteo Renzi çox güman ki, ölkənin növbəti baş naziri olacaq.

O, cənab Lettadan 8 yaş cavandır və ötən ilin dekabrında partiya lideri seçilib.

Cənab Letta bəyanatında bildirib ki, addımını "Demokratlar partiyasının milli rəhbərliyinin qərarına əsasən" verib.

Baş nazir cümə günü rəsmi şəkildə vəzifəni tərk etməsi barədə prezident Giorgio Napolitanoya müraciət edib.

Romadakı BBC müxbiri Alan Johnston deyir ki, cənab Letta və cənab Renzi arasında münasibətlər getdikcə gərginləşir.

Demokratlar partiyası ümid edir ki, gənc lider indiki baş naziri əvəz edərək yeni hökümət formalaşdıracaq.

Cənab Renzi əvvəllər də baş nazir Lettanı iqtisadiyyatı inkişaf etdirə bilməməkdə ittiham edib.

Yerli media yazır ki, baş nazir büdcənin xərclərinə diqqətlə yanaşsa da, inzibati və iqtisadi islahatlar edə bilməyib.

47 yaşlı Enrico Letta 2013-cü ilin aprelindən baş nazir vəzifəsindədir.