Şahzadə George oktyabrda xaç suyuna çəkiləcək

Şahzadə George
Şəklin alt yazısı, Şahzadə George oktyabrın 23-də St James sarayındakı kral kilsəsində xaç suyuna çəkiləcək.
Çap edildi

Şahzadə William və xanımı oğullarının xaç suyuna çəkiləcəyi günü açıqlayıblar.

Şahzadə George oktyabrın 23-də St James sarayındakı kral kilsəsində xaç suyuna çəkiləcək.

O, iyulun 22-də Londondakı St Mary xəstəxanasında doğulub və krallığa üçüncü varisdir.

BBC müxbiri Ben Geoghegan xəbər verir ki, "ailələrin yaxın üzvləri" və digər "yüksək rütbəli qonaqlar" mərasimdə iştirak edəcək.

Mərasimi Anqlikan Kilsəsinin rəhbəri, Canterbury arxiyepiskopu aparacaq.