Roma Papası müsəlmanlara müraciət edib

Çap edildi

Roma papası Francis xristianları və müsəlmanları yeni nəsil inanclıların təhsilində qarşılıqlı hörmət aşılanmasında əməkdaşlıq etməyə çağırıb.

O, bazar günü Romada Müqəddəs Peter Meydanında zəvvarlara xeyir-dua mərasimində dünya müsəlmanlarını salamlayıb.

O deyib ki, qardaşlarımız müsəlmanlar yenicə orucluq, dua etməyə həsr edilən müqəddəs Ramazan ayını bitirib.

Papa çıxışını meydana baxan pəncərəsindən edib.

BBC müxbiri David Willey deyir ki, kasıblara qayğı göstərməyə diqqət yönəldən Papa Francis yayın cırhacırında toplanan on minlərlə zəvvarla danışıb.

Papa sələflərindən fərqli olaraq, yayını İtaliya paytaxtından kənarda Castel Gandolfo villasında keçirməyib, əksinə Vatikanda işlərini davam etdirib.

Willeyin sözlərinə görə, Papa Vatikan bürokratiyası, maliyyə və yetkinlik yaşına çatmayanlara cinsi zorakılıq iddiaları ətrafında əsas islahatlar hazırlayır.