Fransa: baş örtüyü qadağası Paris məhəlləsində iğtişaşlara səbəb olub

Paris: Trappes məhəlləsi
Şəklin alt yazısı, Baş örtüyü qadağası iğtişaşlara səbəb olub
Çap edildi

Fransada baş örtüyü Parisin Trappes məhəlləsində iğtişaşalar səbəb olub.

İğtişaşalar Parisin kənarında yerləşən məhəllədə ikinci gecə ərzində də davam edib.

Polis məntəqəsi qarşısına toplaşan gənclər məntəqəni daşa basıblar. Məlumatlara görə avtomobillərə od vurulub.

İğtişaşlara səbəb polis əməkdaşının hicablı qadından üzünü örtən baş örtüyünün çıxarması tələbi olub.

Polis tələbini səsləndirdikdən sonra qadının əri buna etiraz edib və nəticədə həbs olunub.

Məlumata görə, hicablı qadının əri polis əməkdaşını boğmaq cəhdində ittiham olunub.

Ötən cümə günü Trappes məhəlləsində 300-dək insan hicablı qadının ərinin saxlandığı polis məntəqəsinə hücum edib.

Yerli müsəlman təşkilatlarından biri hadisələrin rəsmi versiyasının həqiqətə uyğun olmadığını bildirərərək polisi təxribat törətməkdə ittiham edib.

Fransa mətbuatına əsasən, polis tərəfindən şübhəli qismində saxlanılmış 21 yaşlı islamı qəbul etmiş şəxs şənbə günü azadlığa buraxılıb. Onun işinə məhkəmədə baxılaqcağı gözlənilir.

Fransada qadaınların geydiyi üzü tatmamilə bağlayan baş örtüyüi 2011-ci ilin aprelindən bəri qadağan edilib. Bu qadağanın pozulmasına görə cərimə nəzərdə tutulub.