İngiltərə və Uelsdə eynicinslilərin nikahı leqallaşdırılıb

Eynicinslilərin nikahı
Şəklin alt yazısı, Eynicinslilər arasında nikah, ABŞ-nin bəzi ştatlarında da bu yaxınlarda leqallaşdırlıb
Çap edildi

İngiltərədə və Uelsdə qəbul olunan yeni qanuna görə, eynicinsli cütlüklər evlənə biləcəklər.

Çərşənbə günü hökümətin mübahisə doğuran qanun layihəsi krallığın razılığını alıb.

Mühafizəkar, Leyborist və Liberal Demokrat partiyalarının rəhbərlikləri qanun layihəsini dəstəkləyib.

Ölkədə eynicinsli cütlüklər arasında birinci toy mərasiminin gələn yaya qədər baş verməsi gözlənilir.

Nikah (Eyni cinsli cütlüklər) Qanununun şərtlərinə görə, dini təşkilatlar bu nikahlara imkan vermək üçün iştiraketmə ərizəsini verməli olacaqlar.