Şimali Koreya raketlərini ABŞ hədəflərinə tuşladığını bəyan edib

Çap edildi
Şimali Koreya, ABŞ hərbi bazalarına tuşlanmış raketlərini döyüş hazırlığı vəziyyətinə gətirib.
Bu barədə xəbər Şimali Koreyanın dövlət informasiya agentliyi tərəfindən yayılıb.
Rəsmi məlumata əsasən, Şimali Koreya raketləri Amerika Birləşmiş Ştatlarının Havayi, Quam adası və Şimali Amerika qitəsində yerləşən hərbi bazaları istiqamətində hədəflərə kökləndirilib.
Şimali Koreyada sön dövrdə hədələyici ritorika əmsalının artdığı müşahidə edilir.
Bu cür addımlar Şimali Koreya tərəfindən ölkəyə qarşı beynəlxalq sanksiyalar və birgə ABŞ-Cənubi Koreya hərbi təlimlərinin keçirilməsindən sonrakı dövrə təsadüf edir.




















