BBC

BBC navigation

2012-ci ilin mədəniyyət hadisələri - şəkillərdə

2012-ci ilin yaddaqalan mədəniyyət hadisələri - şəkillərdə

  • Londonda Şekspirin "Qlobus" teatrında "Globe to Globe" festivalı keçirildi. Festivalda Şekspirin pyesləri dünya xalqlarının dillərində ifa edildi, hətta Maori dilində də ( fotoda həmin pyesdən səhnə təsvir edilib).

  • Cənubi Koreyalı repçi Psy tərəfindən yaradılmış Gangnam Style musiqili klipi YouTube portalının bütün baxış rekordlarını qısa bir müddət ərzində vurub. Yarım il ərzində bu klipə YouTube portalında 1 milyarddan çox baxılıb.

    Son 12 il ərzində Psy 6 musiqi albomunu ərsəyə gətirib.

  • 57 yaşlı Çin yazıçısı Mo Yan 2012-ci ilin Ədəbiyyat sahəsində Nobel mükfatına layiq görülüb.

    Tarixdə ilk dəfə olaraq bu mükafata Çin Xalq Respublikasını təmsil edən müəllif layiq görülüb.

    Dünya şöhrətini Mo Yana onun 1987-ci ildə işıq üzü görmüş "Qırmızı darı tarlaları" kitabı qazandırıb. Həmin əsər 1920-ci illərin Çini və onun Yaponiya ilə müharibəsindən bəhs edib.

  • Misirdə Qahirənin bir çox küçələrini qraffiti üslublu yazı və karikaturlar bəzəyib. Əvvəlcə həmin karikaturlar Hüsni Mübarəkə həsr edilirdi. Sonradan Məhəmməd Mursiyə. Qraffitilərdə o cümlədən etiraz aksiyaları zamanı həlak olanlar da təsvir edilir. Qraffitilər vaxtaşırı silinsə də, əvəzində yeniləri yaradılır.

  • Londonda Bonhams hərracında Afrikalı rəssam El Ansuinin əsəri rekord qiymətə satılıb. Onun əzilmiş butulka qapaqlarından yaratdığı "Dünyanın yeni xəritəsi" adlı qobelen 850 min dollara satılıb. El Ansui - Qanada doğulub, boya-başa çatıb. Hazırda Nigeriyada yaşayır, təsviri sənətdən Nigeriya Universitetində dərs deyir.

  • Bu il britaniyalı yazıçı, şair və filoloq Con Ronald Rouel Tolkienin əfsanəvi "Hobbit" kitabının işıq üzü görməsinin 75 illiyi tamam olur.

    Noyabrın sonunda "Hobbit" trilogiyası əsasında çəkilmiş trilogiyanın ilk seriyasının premyerası baş tutdu. Filmin rejissoru Piter Ceksondur.

  • Norveç rəssamı Edvard Munkun "Qışqırıq" adlı əsəri hərracda ən baha satılmış rəsm əl işi olub.

    Bu rəsm nümunəsi Sotheby's hərracında özəl kolleksiyada 120 milyon dollara satılıb. Dünyada "Qışqırıq" rəsm işinin cəmi 4 versiyası mövcuddur. Norvec rəssamı Munkun iş üslubu ekspressionizm, simvolizm və post-impressionizm axınlarına yaxınlığı ilə seçilir.

  • Avqustun 17-də Moskvanın Xamovniçeski məhkməsi Pussy Riot qrupunun üzvlərinə Müqəddəs İsa Məbədində Putin əleyhinə səhnəcik və mahnı ifasına görə "xuliqanlıq" maddəsilə 2 il həbs cəzası kəsdi.

    Məhkəmə hökmünə Byork, Faith No More, Red Hot Chili Peppers, Franz Ferdinand, Pet Shop Boys, Madonna, Stinq və digər musiqiçilər və ictimai xadimlər etirazlarını bildirdilər. Pank-qrupu üzvlərinin namizədliyi Saxarov adına Avroparlament mükafatına layiq görülmək üçün irəli sürüldü.

  • 2012-ci ildə BBC radiosunun verilişlərinin yayıma başlamasının 90 illiyi tamam olub.

    BBC-nin ilk verilişi efirdə 1922-ci il noyabrın 14-də səslənib.

    Blur qrupunun ingilis musiqiçisi Deymon Albarn bu hadisənin şərəfinə 2LO kompozisiyasını bəstələyib. Əsərə BBC-nin ilk radioverilişi zamanı istifadə olunmuş radioötürücünün adı verilib.

  • Britaniyalı yazıçı Hillari Mantel iki dəfə Ədəbiyyat üzrə Buker mükafatına layiq görülmüş ilk qadın olub. 2012-ci ilin Buker mükafatına Hillari Mantel kral VIII Henrinin müşaviri Tomas Kromvelə həsr etdiyi romanına görə layiq görülüb. Romanda VIII Henrinin dövlət xəyanətində ittiham edilmiş və 1536-cı ildə boynu vurulmuş 2-ci həyat yoldaşı Anna Boleyndən bəhs edilir.

    Mantel 1-ci Buker mükafatına 2009-cu ildə eyni trilogiyanın ilk kitabına görə layiq görülmüşdü.

  • Amerikalı rok-ifaçı, şair, bəstəkar, kinoaktyor Bob Dilan sayca 35-ci "Tempest" adlı studiya albomunu buraxıb. Onun "Bob Dylan" adlı debüt albomu düz 50 il bundan əvvəl işıq üzü görmüşdü.

    Bob Dilanın bəstələdiyi mahnılar blüz və kantri üslubunda yazılıb.

  • Britaniyalı qadın yazıçı E.L.Ceymsin "Boz rəngin 50 çaları" adlı erotik romanı Londonda dekabr ayında ədəbiyyat sahəsində milli mükafatın təqdim edilməsi mərasimində ilin bestselleri adına layiq görülmüşdü. Bundan əvvəl bu əsər böyüklər üçün yumşaq qabıqlı kitablar kateqoriyasında satış rekordu vurub. Erotik romanın ilk milliyon nüsxəsi cəmi 11 həftə ərində satılmışdı.

    Kindle elektron kitabı şəbəkəsində satışı 1 milyon nüsxəyə çatmış kitab da məhz "Boz rəngin 50 çaları" kitabı oldu.

  • Avstraliyanın Sidney şəhər limanında Verdinin "Traviata" operasının açıq səma altında və üzən səhnədə qeyri-adi quruluşu baş tutdu.

    Tamaşanın quruluşunu ABŞ rejissoru Françeska Zambello həyata keçirib. Bu xanım rejissor "Traviata" və "Turandot" operalarının quruluşunu Moskvanın Bolşoy teatrında da həyata keçirib. Sidneydə səhnənin əsas bəzəyi 26 metrlik qaldırıcı krandan asılmış 3 tonluq büllur çilçıraq olub. Tamaşanın quruluşu 11 mln dollara başa gəlib.

More Multimedia

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.