
Çeçenistan lideri Ramzan Kadırov ölkə ərazisində energetik içkilərin satışını qadağan edən qanun layihəsini hazırlamaq sərəncamı verib.
Həkimlərin iştirakı ilə keçirilən müşavirədə çıxış edən Kadırov energetik içkiləri zəhər adlandırıb. Öz qərarını o, həmçinin onunla izah edib ki, energetik içkilərin istifadə olunması İslam qanunlarına ziddir.
Kadırovun sözlərinə görə, daha sonra Çeçenistan energetik içkilərin federal səviyyədə qadağan olunması təklifi ilə çıxış edəcək.
Ötən həftə Rusiyanın baş sanitar həkimi Gennadi Onishchenko energetik içkilərin qadağan edilməsi təşəbbüsünü dəstəkləmişdi. Onun təbirincə, energetik içkilər vasitəsilə gənclər spirtli içkilər və narkotikə aludə olurlar.
Energetik içki istehsalçıları qadağanın əleyhinədirlər. Onlar hesab edirlər ki, əks göstərişlər nəzərə alınaraq gündə 1-2 banka içməkdən tonus qaldıran maddələr – kofein və taurin - ehtiva edən içkilər səhhətə ziyan vurmaz.
Daha əvvəl Dövlət Duması Qaraçay-Çərkəz Respublikası tərəfindən energetik içkilərin satışının qadağan edilməsi haqqında qanun layihəsini nəzərdən keçirib, lakin rədd etmişdi.

















