
Kenyada ana yeni doğulmuş əkizlərinə ABŞ Prezidenti Barak Obama və onun bu həftə keçirilmiş seçkilərdə Respublikaçılar partiyasından olan rəqibi Mitt Romney-nin adlarını verib.
20 yaşlı Millicent Owuor cənab Obama prezident seçildiyi gün Kenyanın cənub-qərbində əkiz uşaqlar dünyaya gətirib.
Xəstəxanadan qısa məsafədə, Obamanın ulu babasının kəndində insanlar prezidentin qələbəsini qeyd ediblər.
"Mən əkizlərdən birinə Barak, o birinə Mitt adını verdim", - Reuters agentliyi xanım Owuordan sitat verib.
Xanım Owuoun əkiz oğulları ilə birlikdə Siaya xəstəxanasında şəkilləri çəkilib.
O deyib ki, uşaqlarına udan və uduzan namizədlərin adını seçki gününü xatırlamaq üçün verib.

















