BBC

BBC navigation

Google Chrome brouzerini “qıran” xakerə 60 min dollar

Chrome

Chrome brouzerində təhlükəsizlik qüsurlarının aşkar edilməsi üzrə Google yarışında iki il dalbadal qalib gələn Pinkie Pie adlı iştirakçıya 60 min dollarlıq çek yazılıb.

Brouzerin təhlükələrə qarşı müdafiə səviyyəsini nümayiş etdirmək məqsədilə Google şirkətinin Hack in the Box 2012 tədbiri Malayziya paytaxtı - Kuala Lumpur şəhərində çərşənbə axşamı başa çatıb.

Cümə günü The İnquirer portalı bildirib ki, hadisədən 10 saat keçmiş Google Crome istifadəçilərinə qüsurları aradan qaldıran yeniləmə təqdim edilib.

İnternet nəhəngi təhlükəsizlik yarışının qaliblərini mükafatlandırmaq məqsədilə 2 milyon dollarlıq fond təsis edib.

Lakin göründüyü kimi xaker aləminin aparıcı adları Google şirkətinin təklifindən həvəsə gəlməyiblər.

Təhlilçilərə görə konfransdan kənar qalanlar çox güman ki, öz məhsulu ilə daha cəlbedici qara bazara üstünlük verirlər.

Bu ilin əvvəlində Google birdəfəlik təhlükəsizlik boşluğunu tapanlara mükafatı 3,133 dollardan 20 minədək artırıb.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.