
ABŞ-da 2001 il 11 sentyabr hadisələrinin 11-ci ildönümü ilə bağlı tədbirlər keçirilib.
Anım mərasimində Nyu-Yorkda Dünya Ticarət Mərkəzi və Pentaqona təyyarə hücumlarının qurbanlarının xatirəsi yad edilib.
Nyu Yorkda 3 minə yaxın qurbanın yaxınları həlak olanlar adbaad yad edildi.
Anım mərasimi zamanı saatların hücumlardan hər birinin baş verdiyi vaxtı göstərdikdə 1 dəqiqəlik süküt elan olunurdu.
Bu il 9/11 anım mərasiminə siyasi xadimlər qatılmayıb.
BBC müxbirinin sözlərinə görə bu dəfəki mərasim rəsmilikdən daha uzaq olmaqla yanaşı eyni zamanda daha səmimi ruhu ilə fərqlənib.
Pentaqonda ildönümü ilə bağlı keçirilmiş mərasimdə çıxış edən ABŞ prezidenti Barak Obama deyib ki, "Amerika hücumlardan sonra daha güclü ölkəyə çevrilib".
Nyu-York şəhərində təyyarələrin qoşa qüllələrə və Pentaqona çırpıldığı, və dördüncü təyyarənin yerə düşməsi dəqiqələri sükut anı ilə qeyd olunub.
Ən izdihamlı tədbir qoşa qüllələrin yerləşdiyi Manhettendə keçirilib.

















