
Avqustun 16-da Rusiyanın Aeroflot şirkətinin Nyu-Yorkdan Moskvaya uçan və İslandiyada təcili yerə enən təyyarəsi axşam saatlarında Reykyavikdən Moskvaya uçuşunu davam etdirəcək.
Aeroflot təyyarəsinin İslandiyada təcili enişinə səbəb ABŞ hüquq-mühafizə orqanlarına təyyarə göyərtəsində partlayıcı maddənin olması barədə məlumatın gəlməsi olub.
Bu barədə Moskva aviaqovşağının dispetçer xidmətindəki mənbələrə istinadən İnterfax agentliyi xəbər verib.
Məlumatlara görə, təyyarədə aparılmış yoxlanış bomba həyacanına əsas olduğunu təsdiqləməyib.
Bir neçə saat ərzində təyyarə göyərtəsində aparılmış axtarış yoxlama işləri nəticə verməyib, partlayıcı maddə aşkar edilməyib.
Məlumatlara görə, naməlum şəxsin ABŞ hüquq-mühafizə orqanlarına təyyarə göyərtəsində partlayıcı maddə yüklənmiş 5 çamadanın olduğu barədə xəbər vermişdi.
Nyu York - Moskvaya reysli Aeroflot təyyarəsinin axşam saatlarında Moskvaya yolunu davam etmək üçün havaya qalxacağı bildirilib.
Təyyarənin Moskva vaxtı ilə saat 11.00 radələrində havaya qalxacağı nəzərdə tutulub.
Yerli vaxtla 12.25-də Moskvaya çatmalı olan təyyarənin uçuğu bərpa olunanadək hava limanında yerləşdirilmiş 200-dək sərnişinin qida və su ehtiyacları ödənilir.

















