Suriya Türkiyə təyyarəsinin vurulmasından “təəssüflənir”

Bəşər Əsəd
Çap edildi

Prezident Bəşər Əsəd ötən ay F-4 Phantom təyyarəsinin vurulmasına “100 faiz təəssüfləndiyini” bildirib.

Dövlət başçısının dediyinə görə uçan apparatın adətən İsrailin istifadə etdiyi hava dəhlizinə daxil olduğu nəticəsində onun kimə mənsub olmasında çaşqınlıq yaranıb.

Bəşər Əsəd deyib ki, "hadisənin iki ölkə arasında hərbi qarşıdurmaya" səbəb olmasına yol verilməyəcək.

İyunun 22-də Malatya hava bazasından göyə qalxan <link type="page"><caption> F-4 Phantom təyyarəsi</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2012/06/120623_turkey_jet.shtml" platform="highweb"/></link> 90 dəqiqədən sonra radarlardan yoxa çıxıb.

"Cavab" addımları

Türkiyə öz təyyarəsinin vurulmasının "cəzasız" qalmayacağını deyərək, hadisə ilə bağlı “lazım olan cavab” addımların atılacağını bildirib.

Suriya hadisədən sonra hava məkanına icazəsiz daxil olan obyektin vurulmasını “qanunlara uyğun” addım kimi dəyərləndirib.

Ötən ayın sonunda NATO-nun xahişi ilə çağrılmış <link type="page"><caption> Şimali Alyansın toplantısında</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2012/06/120626_turkey_nato_jet.shtml" platform="highweb"/></link> Türkiyə təyyarəsinin vurulması pislənilib.

Təşkilatın baş katibi Anders Fogh Rasmussen Alyans üzvlərinin Ankaraya dəstək verdiyini bildirib

NATO üzvü olan Ankara ilə Dəməşqin yaxın münasibətləri ötən ilin mart ayında Suriya prezidentinə qarşı etirazların başlanmasından sonra gərginləşib.

Minlərlə <link type="page"><caption> Suriya qaçqını Türkiyədə sığınacaq</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2012/04/120405_turkey_syria_refugees.shtml" platform="highweb"/></link> tapıb.