Moskva Ankaranı Suriya ilə bağlı xəbərdar edir

Partlayış
Çap edildi

Suriyanın hədələri ilə bağlı NATO qüvvələrinə müraciət etmə haqqı barədə Rəcəb Tayyip Ərdoğanın xəbərdarlığı Moskvanın narahatlığına səbəb olub.

Bu barədə fikirləri ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bölüşüb.

“Biz Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın bəyanatında Suriyadan gələn hədələrlə bağlı NATO üzvlərinin kollektiv müdafiəsi barədə Vaşinqton müqaviləsinin 5-ci maddəsinə istinad etmək haqqının özündə saxlamasının 2-3 dəfə dilə gətirməsinə reaksiya vermək istərdik. - Moskvada keçən brifinqdə Aleksandr Lukaşeviç deyib. – Belə bəyanatları biz təbii ki, narahatlıqla qarşılamışıq”.

Rusiya diplomatı Suriya probleminin hərbi çözümündən vaz keçməyə çağırıb.

Aleksandr Lukaşeviçin sözlərinə görə Suriya yeni atəşkəs planı üzrə öhdəliklərini yerinə yetirməlidir.

“Hərçənd ki, Suriyada mahiyyətcə regional miqyaslı terror taktikasına keçən yerli qruplar da mövcuddur”, Rusiya diplomatı deyib.

Partalyış

Suriyada atəşkəsə rəğmən zorakılığın qarşısı alınmayıb.

Cümə axşamı Həma şəhərində evin partladılması nəticəsində 70-dək adam ölüb.

Suriya fəallarına görə güclü partlayış Maşa əl-Təyyar dairəsində bir neçə evi darmadağın edib.

Dövlət televiziyası “silahlı terror qruplarının” bomba fabriki kimi istifadə etdiyi evdə baş vermiş partlayış nəticəsində 16 adamın öldüyünü bildirir.

BMT dəyərləndirmələrinə görə ötən ildən bu yana davam edən qarşıdurma 9 mindən artıq adamın ölümünə səbəb olub.