Moskva bazarında baş vermiş yanğında 17 nəfər həlak olub

Moskva bazarında baş vermiş yanğında 17 nəfər həlak olub
Çap edildi

Moskvada Kaçalovo bazarında səhər tezdən, saat 5 radələrində yanğın baş verib. Kaçalovo bazarı Varşava şossesində yerləşir.

Yanğın 50 kv metr sahəni əhatə edib.

Məlumatlara görə, aprelin 3-də səhər saatlarında bazarın anbar sahəsində yanğın başlayıb. Hadisə yerinə çağırılmış yanğınsöndürən briqadalar yanğını səhər saat 7-də söndürə biliblər.

Həmin anbara bitişik dəmir artırmada isə 15 nəfər qalırmış.

Rusiya DİN mənbələrinə əsasən, həmin yaşayış artırmasından bayıra yalnız bir çıxış yolu varmış, və həmin yol anbardan keçirmiş.

Yaşayış tikilisinin işərisi isə darısqal idi, 15 nəfərin orada qalmasını təmin etmək üçün 2-mərtəbəli çarpayılar qurulmuşdu.

Son məlumatlara görə, yanğınsöndürənlər və xilasedicilər 17 nəfərin cəsədini aşkar ediblər.

Onlardan azı 15 nəfərin Tacikistan vətəndaşı olduqları bildirilir.