Hindistan mətbuatı partlayışların İrana bağlanması cəhdlərinə şübhə ilə yanaşır

Hindistanda partladılmış maşın
Çap edildi

Hindistan mətbuatı iddia edildiyi kimi İranın Hindistanda terror aktı planlaşdırdığı barədə səslənmiş iddialarla bağlı təəcübb bildirir.

Hindistanın Economic Times qəzeti Hindistanın həm İran, həm İsrail ilə yaxşı münasibətlərinin qeyd edərək, İranın Hindistan üçün əsas neft təchizatçısı, Hindistanın isə İran üçün əsas düyü təçhizatçısı olduğu faktını xatırladır.

Qəzet qeyd edir ki, 2 ölkə arasında qurulmuş münasibətlərin səviyyəsi və tariixçəsi, İranın sözü gedən terror hücumlarında əli olması versiyası ilə uyğun gəlçir.

"Hindistan ərazisində belə bir aksiyanı planlaşdırmaq İranın nəyinə lazımdır? İran bundan nə qazanacaqdı kı?", qəzet sual qoyur.

Bu arada isə Tailand polisi "törədilmiş partlayışların kütləvi yerlərə qarşı yox, fərdlərə qarşı" hədəfləndiyini qeyd edib.

Tailand müstəntiqləri hesab edir ki, onlar Banqkok və New Delhidəki bomba partlayışları arasında əlaqə tapa biliblər.

Tailandın Təhlükəsizlik xidmətinin rəsmisi bildirib ki, Hindistanda və Tailandda işə salınmış partlayıcı qurğularda eyni maqnit lövhələrindən istifadə edilib.

Onun sözlərinə görə hazırda həmin maqnit lövhələrin mənbəyi axtarılır.

Bomba əlində partlamış şəxsdən İran pasportu aşkar edilib. Partlayış nəticəsində o, ayağını itirib. Həmin şəxs xəstəxanaya yerləşdirilib və vəziyyətinin sabit olduğu qeyd olunur. Onun digər ayağının amputasiya ediləcəyi gözlənilir.

İsrail bu partlayışların arxasında İranın durduğunu bildirmişdi.

Tailandda ötən gün 3 partlayış hadisəsi baş verib, nəticədə 5 nəfər yaralanıb.

Bombalardan biri yaralılanmış şəxsin əlində partlayıb.

İlk partlayış güman edildiyi kimi 3 iranlının kirayədə qaldığı evdə baş verib.

Polisin məlumatına görə, 2 nəfər evdə baş vermiş partlayışdan sonra hadisə yerindən qaçıb. Onlar taksi tutmağa çalışıb, və avtomobil sürücüsü taksini saxlamayanda ona bomba atıblar.

Ötən ay ABŞ səfirliyi Banqkokda terrorçu hücum təhlükəsinin mümükünlüyü barədə xəbərdarlıq etmişdi.

Bir qədər sonra Tailand polisi bomba hazılanması üçün yararlı olan kimyəvi maddələr aşkarlandıqdan sonra Livan vətəndaşına qarşı ittiham irəli sürmüşdür.

Tailand polisi bugün qeyd edib ki, həmin Livanlı ilə dünənki hadisənin iştirakçıları arasında əlaqə yoxdur.