Costa Concordia gəmi qəzasının infoqrafikası
Qəza yanvarın 13-də baş verib.Qəza baş verən zaman Costa Concordia göyərtəsində 62 ölkəni təmsil edən 3216 sərnişin olub.
Gəmi heyəti 1023 nəfərdən ibarət olub.
Hadisə gəminin İtaliyanın Civitavecchia limanını tərk edəndən cəmi bir neçə saat sonra baş verib.
Aşağıdakı xəritə və qrafik rəsmlər qəzanın necə baş verdiyinə içıq salır.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
Axşam saat 9:30-da (2030 GMT), Civitavecchia limanından çıxdıqdan 2.30 saat sonra, Costa Concordia Giglio adası yanından keçərkən sualtı qayaya dəyir. Kapitan gəmini sahilə yaxın istiqamətləndirir. Gəmi yana əyilərək böyür üstə yatır.
Axşam saat 10:10-da gəmini tərk etmək göstərişi verilir. Sərnişinlərin əksəriyyəti gəmini tərk eidr. Lakin evakuasiya işləri gəminin böyük bucaq altında əyilməsinə görə çətinə düşür. Xilasetmə işlərinə vertolyotlar cəlb olunur.
Xilasetmə işləri həftəsonu günləri davam etdirilir. Bazar günü saat 24:00-da gəmidə ayağı sınmış vəziyyətdə təhlükəsizlik məsələləri üzrə əməkdaş
Marrico Giampietroni aşkar olunub xilas edildi. İtikin düşənlərin axtarışı davam etdirildi.
Həbs altına alınan gəmi kapitan Françesko Skettino xəritədə qəzaya səbəb olan qayalığın göstərilmədiyini bildirib.
Lakin gəminin sahibi Costa Cruises şirkəti hərəkət istiqamətini əsassız dəyişdiyinə və sahilə həddən artıq yaxınlaşdığına görə görə kapitanı günahlandırır.
Müstəntiqlər gəminin "qara qutusunu" təhlil etməkdədirlər.

Şəklin mənbəyi, BBC World Service
























