Suriyada amnistiya elan olunub

suriya
Çap edildi

Suriya prezidenti Bəşər Əsəd bazar günü ölkədə hökümət əleyhinə aksiya iştirakçılarına amnistiya elan edib.

Bu barədə Suriyanın SANA informasiya agentliyi xəbər verib.

Prezident Bəşər Əsədin imzaladığı fərmanda deyilir ki, amnistiya "2011 il martın 15-dən 2012 il yanvarın 15-dək baş verən hadisələr fonunda qanunu pozmuş şəxslərə şamil edilir".

Hazırkı amnistiya prezident Bəşər tərəfindən son dövrdə elan olunan ilk belə qərar deyil.

Yanvarın 15-də Suriyada hökümət əleyhinə kütləvi etirazların başlamasının 10 ayı tamam olur.

Hökümət əleyhinə kütləvi etirazlar Suriyanın cənubunda yerləşən Deraa şəhərində 2011 il martına 15-də başlamışdı.

2011 il noyabr ayından bəri Suriya rəhbərliyinin qərarı ilə hökümət əleyhinə kütləvi etiraz aksiyaları zamanı həbs olunmuş 4000-dək məhbus azadlığa buraxılmışdı.