90 yaşlı cüt 60 il əvvəl baş verən vəfasızlığa görə boşanır

Üzüklər
Çap edildi

İtaliya mediasına görə 99 yaşlı kişi 60 il əvvəl baş vermiş eşq macərasına görə 96 yaşlı həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət edib.

Onların ayrıldığı təqdirdə italıyalılar ən yaşlı boşanan cüt olacaq.

İndiyədək bu sahədə rekord Britaniyada qeydə alınıb: Bertie və Jessie Wood 98 yaşında ayrılıblar.

Adı Antonio C. kimi verilən kişi həyat yoldaşı Rozanın 1940-cı illərdəki nikahdan kənar əlaqələri barədə evdə tapdığı eşq məktublarından xəbər tutub.

Mətbuata əsasən Roza günahını etiraf edərək ərini fikrindən döndərməyə çalışıb.

Lakin Antonio boşanma ərizəsini verməkdə qərarlı olub.

Sardiniya adasından olan Anonio Roza ilə Neapolda xüsusi polis qüvvələrində xidmət edərək tanış olub.

77 il davam edən nikahda dünyaya 5 uşaq, 12 nəvə və bir nəticə gəlib.