Rusiyada Boris Nemtsovun şəxsi telefon danışıqlarının yazısı dərc olunub

Şəklin mənbəyi, LiveReport
Rusiyanın Life News internet xəbər portalı Moskvada müxalifəötin etiraz mitinqlərinin əsas təşkilatçılarından biri Boris Nemtsovun şəxsi telefon danışıqlarının yazısını dərc edib.
Life News vebsaytı Rusiya hakim dairələrinə yaxın olan nəşr sayılır.
Portal Nemtsovun 6 saatlıq telefon danışıqlarının yazısını əldə etdiyini və onları dərc etdiricəyini bildirib.
Həmin telefon danışıqlarında Boris Nemtsov öz həmkarları ilə Moskvada bu yaxınlarda təşkil edilmiş mitinqlərlə bağlı vəziyyəti müzakirə edir.
Telefon danışıqnda Boris Nemtsov müxalifətin bir sıra simalarının ünvanına söyüş və biədəb sözlər işlədir.
4 dekabr parlament seçkiləri nəticəsinin saxtalaşdırılması əleyhinə keçirilmiş mitinqlərin iştirakçıları isə telefon danışığı yazısında "qorxaq bəbir və pinqvinlər" kimi səciyyələndirilirlər.
Moskvada BBC müxbiri Daniel Sandford qeyd edir ki, Rusiyada müxalifət liderlərinin telefonlarının xüsusi xidmət orqanları tərəfindən dinlənilməsini təssəvvür etmə olardı. Lakin bu əhvalatın ən təəcüblü məqamı həmin yazının 6 saatlıq parçasının Life News portalına təqdim edilməsidir.
Life News portalının təsisçisi Aram Aşotoviç Qabrielyandır, baş redaktoru Aşot Aramoviç Qabrielyan.
Rusiyalı müxbirlərin, Nemtsovun "şəxsi telefon danışıqlarını dərc etməklə, hansı məqsəd güdürsüz?" sualına, Aşot Qabrielyan cavab verib ki, onun əsas məqsədi biznes maraqları ilə bağlıdır, portalın populyarlığının artırılması və bu kimi məsələlərdir.
Bu addımın tənqidçiləri isə hesab edir ki, Rusiya rəhbərliyi bu gedişlə müxalifətin dekabrın 24-nə təyin olunmuş mitinqini pozmaq məqsədi güdür.
Boris nemtsov onun şəxsi telefon danışıqlarının gizli dənlənilməsi, yazılması və şəxsi həyatına müdaxilə ilə bağlı məhkəmə orqanlarına müraciyyət edəcəyini bildirib.
Telefon danışığında adları hallanmış şəxslərdən Boris Nemtsov üzr istəyib.























