ATƏT sədri Bakı Ofisinin işini "az nəzərə çarpan" sayır

Şəklin mənbəyi, OSCE
ATƏT-in fəaliyyətdə olan sədri Audronius Ajubalis ATƏT-in Bakı Ofisi də daxil olmaqla, 16 səhra təmsilçiliklərin işini praktiki baxımdan əhəmiyyətli hesab edir. Bununla yanaşı, o, nümayəndəliklərin işinin “az nəzərə çarpan olduğuna” etiraz etməyib.
Ajubalis ATƏT-dəki fəaliyyətinin yekunlarına dair yazdığı məqaləsində yazır: “Səhra nümayəndəliklərimizin yerli hökumət orqanları, QHT-lər, media və fəal vətəndaşlarla bütün səviyyələrdə əməkdaşlıq etməsi etibarlı demokratik institutların, eləcədə açıq və şəffaf kommunikasiya və idarəçiliyin əsasını qoyur, habelə cəmiyyətimizin bütün sahələrində təhlükəsizlik üçün həqiqi və hərtərəfli baza təklif edir”.
Sədr bu il Litvanın təşkilata üzv olan ölkələrə “ATƏT öhdəliklərinə uyğun olaraq, islahatlar aparmaq və onları gücləndirmək istiqamətində praqmatik və mənalı addımlar atmağa kömək etdiyini” bildirib.
Buna misal kimi keçən həftə altı illik fasilədən sonra Vilnüsdə keçirilən Dnestryanı probleminə dair sülh danışıqlarının bərpasını göstərib.
O, mütəşəkkil cinayət, terror, narkotik, silah və insan alveri və kiber hücumlar kimi cəmiyyətə təhlükə törədənlərə qarşı mübarizədə “yeganə yolun - beynəlxalq əməkdaşlıq” olduğunu deyib.
Daha belə tədbirin isə çərşənbə axşamı təşkilata üzv və tərəfdaş ölkələrin xarici işlər nazirlərininin iştirakı ilə Vilnüsdə ümumi təhlükəsizlik prioritetləri barədə keçiriləcək.
Xüsusi diqqət
İkinçi əsas məsələ kimi sədr xüsusilə “jurnalistlərin təhlükəsizliyi və rəqəmsal medianın azad və plüralist mühitində inkişaf etməsi” üçün çalıqdıqlarını deyib.
Media azadlığının qorunması və ifadə azadığı ATƏT üçün bu il demoktarik dəyərlərdən ən əsası olub. 53 yaşlı Ajubalis Litvanın Xarici İşlər Naziridir. Əvvəlki fəaliyyətində o, həm jurnalist, həm də siyasətçi kimi tanınır.
ATƏT-in gələn ilki sədri İrlandiyadan olacaq.
























