Rusiyanın hakim partiyası Putinin namizədliyini prezidentliyə irəli sürüb

Şəklin mənbəyi, Reuters
Rusiya paytaxtı Moskva şəhərində Rusiyanın hakim Yedinaya Rossiya (Vahid Rusiya) partiyasının qurultayı keçirilir.
Qurultayda gələn il prezident seçkilərində iştrak etmək üçün Yedinaya Rossiya partiyası adından Baş-nazir Vladimir Putinin namizədliyi rəsmi şəkildə irəli sürülüb.
Qurultaydakı çıxışında Vladimir Putin bu təklifi qəbul etdiyini bildirib.
Rusiyada prezident seçkiləri gələn il martın 4-nə təyin olunub.
Hakim Yedinaya Rossiya partiyası qarşısında hazırda duran əsas sınaq bazar günü, dekabrın 4-nə təyin olunan parlament seçkiləridir.
Hazırda Rusiya parlamentində Yedinaya Rossiya partiyası yerlərin təxminən 70%-nə nəzarət edir və ölkədə əsas siyasi güc hesab olunur.
Hakim partiyanın nümayəndələri ümid edirlər ki, Vladimir Putinin rəsmi olaraq partiya adından namizədliyinin ölkə prezidenti vəzifəsinə irəli sürülməsi
Yedinaya Rossiya pariyasına qarşıda gələn baza günü parlament seçkilərində yüksək nəticə göstərməsinə kömək edəcək.
























