Yunanıstan parlamenti Papandreounu dəstəkləyib

Papandreou
Çap edildi

Cümə günü keçirilən etimad səsverməsindən öncə George Papandreou Yunanıstana maliyyə yardımını böyük nailiyyət adlandırıb.

O deyib ki, ölkənin Avropada qalacağını təmin edən Avropa və BVF yardımı borcların “böyük hissəsinin” silinməsini təmin edir.

“Razılaşma itirilməməlidir, bu milli prioritetdir”, - deyib Papandreou.

Bununla yanaşı Papandreou daha öncə məsələnin referenduma çıxarılacağı barədə qərarı müdafiə edib.

Müxalifət sağçı partiyasının təşəbbüsü ilə keçirilən <link type="page"><caption> etimad səsverməsindən</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2011/11/111104_greece_pressure.shtml" platform="highweb"/></link> sonra baş nazir koalisiya hökumətinin yaradılması məsələsini yenidən irəli sürüb.

Kiçik saylı “Demokratik alyans” partiyası artıq belə bir koalsiyann tərkibinə daxil olmağa hazır olduğunu deyib.

“Belə təklif olsa, mən ona səs verərək əməkdaşlıq hökuməti ilə bağlı danışıqlara qatılmağa hazıram”, - deyib partiya lideri Dora Bakoyani.

Hökumət rəsmilərinə istinadən Reuters agentliyinin yaydığı məlumatda deyilir ki, Papandreou cümə axşamı koalisiya hökuməti barədə danışıqların başa çatmasından sonra vəzifəsindən getməyə razılaşıb.

Yunanıstanın səhiyyə naziri öz bloqunda milli birlik hökumətinin yaradılmadığı təqdirdə “siyasi prosesi” tərk edəcəyini bildirib.

Sərt qənaət siyasəti şərti ilə verilən maliyyə yardımı yunan seçiciləri və hökumət arasında kəskin mübahisəyə səbəb olub.

Avropa Komissiyasının prezidenti Jose Manouel Barosso milli birlik hökuməti barədə xəbərlə bağlı iqtisadi problemlərin həll ediləcəyinə dair ümidi ilə bölüşüb.