Ermənistan əsgəri "Dağlıq Qarabağda öldürülüb"

Çap edildi

Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələrinin əsgəri öldürülüb, Ermənistan mediası xəbər verir.

News.am saytı "Dağlıq Qarabağın müdafiə nazirliyi"nə istinadən yazıb ki, martın 29-da cəbhə xəttinin şimal-şərqində 20 yaşlı Hovsep Samsoni Andreasyan "Azərbaycanın atəşkəsi pozması nəticəsində" həlak olub.

"Dağlıq Qarabağın müdafiə nazirliyi" insidentlə bağlı cinayət işi açıb, məlumatda əlavə olunur.

Agence France Presse xəbər agentliyinin separatçı rəsmilərə istinadən verdiyi məlumatına görə, erməni əsgər "azərbaycanlı snayper" tərəfindən güllələnərək öldürülüb.

Azərbaycan tərəfi məlumatı hələlik təsdiq etməyib.