Peruda 1000 ildən sonra iki mumiya tapılıb

Peruda arxeoloqlar Lima şəhəri ətrafında yaşı min ildən çox olan iki mumiya tapıblar.
Alimlər hər iki - yaşlı adam və uşaq mumiyalarının yaxşı qaldığını bildiriblər.
Onlar 1981-ci ildən qazıntılar aparıldığı Huaca Pucllana qədim arxeoloji kompleksinin ərazisində aşkar edilib.
Tədqiqatçılar hesab edirlər ki, uşaq yaşlı adamla bir yerdə qurban kimi diri-diri basdırılmış ola bilər.
“Bu, otuz ildən artıq aparılan qazıntılar nəticəsində ən əhəmiyyətli tapıntılardandır, çünki mumiyalar toxunulmamış halda aşkar edilib”, - France-Presse agentliyinə arxeoloq Gladys Pass bildirib.
Mumiyalar oturmuş vəziyyətdə tapılıb, onlar tam geyinmiş və iplə sarınmış olublar.
Qədim Huari mədəniyyəti
Qazıntılar zamanı həmçinin üç hind donuzunun qalıqları və üzərində pişiklər təsvir olunmuş qablar tapılıb. Görünür, bu, axirətlik üçün bəxşişlər olub.
Alimlərin fərziyyələrinə görə, tapıntılar, inkişafı eramızın VI-XI təsadüf edən, ink dövründən əvvəlki Huari mədəniyyətinə aiddir.
Bu, Huaca Pukllana kompleksi ərazisində alimlərin tədqiq etdiyi 70-dən çox məzarlardan toxunulmamış halda aşkar edilmiş artıq üçüncü məzardır.
2010-cu ildə arxeoloqlar arada dörd uşaqla birlikdə qadın cənazəsini, 2008-ci ildə - yeniyetmə qızın meyitini tapıblar.
Eramızın II əsrindən VII əsrinədək dövrdə tikilmiş Huaca Pukllana arxeoloji kompleksi Perunun paytaxtına bitişik iri Miraflores şəhərində 2,5 hektar ərazidə yerləşən hündürlüyü 20 metr olan ehram şəklində məbəd təmsil edir.
Huari mədəniyyəti haqqında alimlər çox az şey bilir, çünki, göründüyü kimi, onun nümayəndələri özlərindən sonra heç bir yazılı dəlil qoymayıb.























