Avstraliya parlament seçkilərində müxalifət qalib gəlib

Abbott
Çap edildi

Baş nazir Tony Abbott-un rəhbərlik etdiyi koalisiya son 6 ildə ilk dəfə Leyborist partiyasını məğlub etməyə nail olub.

Baş nazir Kevin Rudd məğlubiyyətini etiraf edib.

İndiyədək 150 yerlik parlamentdə 71 millət vəkilinə malik olan Leyborist partiyası digər partiyalarla müvəqqəti ittifaqlar yaratmağa məcbur olub.

Seçkilərə hazırlıq hər iki düşərgədə gərgin keçib, lakin son mərhələdə müxalifət liderinin irəliləməsini görmək olardı.

Seçki kampaniyası iqtisadiyyat və miqrasiya mövzuları ətrafında qurulub.

Avstraliya iqtisadiyyatı uzun müddət ərzində xammala tələbatın artması şəraitindən bəhrələnib.

Lakin ölkənin əsas ticarət partnyoru olan Çin iqtisadiyatının yavaşlamasından sonra yaşıl kontinentin parlaq perspektivləri seçicilər arasında əvvəlki cazibədarlığını itirib.

Böyük Britaniya anadan olmuş 57 yaşlı Tony Abbott bir neçə dəfə nazir vəzifələrini tutub.

Seçkilərdə 14 milyon adam iştirak edib.