XİN azərbaycan vətəndaşlarının qaytarılmasını "alqışlayır"

Çap edildi

İranda saxlanılan Azərbaycan vətəndaşları Xalidə Xalid və sürücüsü Şamxal Hüseynovun Bakıya gətirilməsini Xarici İşlər Nazirliyi "alqışlayıb".

"Çox sevindiricidir ki, onlar vətəndədir. Bu onu göstərir ki, başda ölkə başçısı olmaqla Azərbaycan həmişə vətəndaşlarının hüquqlarının keşiyində olub və olacaq", mətbuat xidmətinin rəhbəri Elman Abdullayev brifinqdə deyib.

Xalid və Hüseynov aprelin 30-da saxlanılıb və dörd gün əvvəl buraxılıb.

Onların hansı səbəblə saxlanıldığı indiyə qədər tam açıqlanmayıb. İran tərəfi bir müddət əvvəl bildirib ki, onlar İranda "qanunauyğun olmayan" əlaqələr qurub.