DİN: Polis İsa Qəmbərin maşınında kimin olduğunu bilməyib

DİN nümayəndəsi Qəbələdə Müsavat liderinin maşının saxlanılmasını şərh edərək deyib ki, avtomobildə kimin olduğunu bilməyən polis qanuna uyğun addım atıb.
Cümə günü bir qrupla təşkilat sədrinin müavini Arif Hacılının anasının vəfatının ildönümündə iştirak etmək üçün Zaqatalaya yollanarkən Müsavat partiyası liderinin avtomobili polis tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.
Partiya sədrinin müavini Gülağa Aslanlı Turan agentliyinə deyib ki, polis maşının saxlanmasını yol hərəkəti qaydalarının pozulması ilə izah etsə də, hansı pozuntuya yol verildiyini dəqiq açıqlamayıb.
Səbəblər
Onun sözlərinə görə polislər bildiriblər ki, avtomobilin sənədlərində nəsə düzgün deyil. Müsavat lideri ilə onu müşayiət edən şəxslər başqa maşınla yollarına davam ediblər, Turan bildirir.
BBC Azərbaycancaya müsahibəsində DİN nümyəndəsi deyib ki, maşın sürət məhdudiyyətlərinə əməl etmədiyi və sürücü etibarnaməsinin vaxtının keçdiyi üçün saxlanılıb.
“Maşını İdarə edən şəxsin etibarnaməsi, “doverennosti” olmayıb. O, iki dəfə sürəti aşdığı üçün radara düşüb”, DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov deyib.
"Polis göz yummur"
Onun sözlərinə görə bu məsələni siyasiləşdirilmək cəhdləri “gülməlidir”, çünki “polis maşında kimin olduğunu bilməyib”.
Ehsan Zahidov maşında yüksək rütbəli şəxslərin olduğu təqdirdə eyni qaydaların pozulmasına göz yumula biləcəyi barədə iddiaları rədd edib.
“Polis göz yummur. Niyə yummalıdır ki, hər bir qaydanı pozan saxlanılır və müvafiq qaydada cəzalandırılır. Azərbaycan hüquqi dövlətdir. Qanun hamıya şamil olunur. O, iki dəfə radara düşüb.”
Avtomobili idarə edən şəxs musavat.com saytına etibarnamənin müddətinin bir neçə saat əvvəl bitdiyini bildirib.
Yanvar ayında partiya Lənkəran şəhərinə girişdə İsa Qəmbərin <link type="page"><caption> kortejinin basqına</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/01/130113_isa_qambar_attacked_story.shtml" platform="highweb"/></link> məruz qaldığını bildirmişdir.
Bundan sonra Lənkərana yollanan müxalifət liderinin avtomobil karvanı polis müdaxiləsindən sonra geri qayıtmağı qərara alıb.
























