BBC

BBC navigation

Minsk qrupunun amerikalı həmsədri dəyişdirilib

Robert Bradtke, Jack For və İqor Popov

ATƏT Minsk Qrupunun yeni amerikalı həmsədri Yan Kellidir.

APA Bakıdakı ABŞ səfirliyinə istinadən yazır ki, Dövlət Departamenti onu ötən həftə həmsədr Robert Bradtkenin səlahiyyət müddəti bitdiyindən "müvəqqəti" olaraq həmin vəzifəyə təyin edib.

“Dövlət Departamenti 3 ildən çox həmsədr vəzifəsini yerinə yetirən səfir Bradtkeyə minnətdardır və ona gələcək fəaliyyətində uğurlar arzulayır. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaqda tərəflərə kömək etmək üçün ATƏT-in Minsk Qrupundakı həmsədr funksiyasına bağlılığını saxlayır”, səfirliyin mətbuat xidmətinin rəhbəri Conas Stüart bildirib.

Robert Bradtke bu vəzifəyə 2009-cu ildə keçmiş həmsədr Metyu Brayzadan sonra təyin olunub.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.