BBC

BBC navigation

Richard Morningstar müxalifətlə görüş keçirib

Richard Morningstar

ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar bu gün ölkənin aparıcı müxalifət partiyalarının liderləri ilə görüşüb.

Bunu BBC Azərbaycancaya ABŞ səfirliyinin mətbuat xidmətinin əməkdaşı Mehdi Hüseynquliyev deyib.

Hüseynquliyev görüşün keçirildiyini təsdiqləsə də, təfərrüatları barədə danışmaqdan imtina edib və müzakirə olunan məsələlərin ictimaiyyət üçün açıq olmadığını bildirib.

Ümid Partiyasının sədri və deputat İqbal Ağazadə BBC Azərbaycancaya görüşün keçirildiyini təsdiqləsə də, əlavə şərh vermək istəməyib.

Yerli mediada Morningstarın müxalifətlə görüşü barədə məlumat yayılıb.

Məlumatda səfirin görüşə Müsavat və AXCP sədrləri ilə yanaşı, ADP, ALP və Ümid Partiyasının rəhbərlərini dəvət etməsi deyilir.

Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi bilinmir-Yeni Müsavat qəzeti yazıb.

Buna qədər də oxşar görüşlərin keçirilməsi haqqında yerli mediada məlumatlar dərc olunsa da, bu görüşlərin təfərrüatları açıqlanmayıb.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.