BBC

BBC navigation

Facebook istifadəçilərinin sayı 1 milyardı keçib

Facebook istifadəçilərinin sayı 1 milyardı keçib

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zuckerberg Facebook istifadəçilərinin sayının artıq 1 milyardı keçdiyini açıqlayıb.

2004-cü ildən bəri fəaliyyət göstərən Facebook şəbəkəsi hazırda istifadəçilərinin sayının daha da artırması yollarını aramaqdadır.

1 mlrd Facebook istifadəçisinin təxminən 600 milyonu Facebook şəbəkəsinə mobil cihazlar vasitəsilə daxil olur.

Mobil platformalardan Facebook şəbəkəsinə daxil olan istifadəçilərin sayı son dövrdə xeyli artmışdır.

Beləki bu ilin iyun ayında onların sayı 552 mln idi, o zamandan indiyədək artım 48 mln nəfər təşkil etmişdir.

Facebook şəbəkəsinin "mobil" istifadəçilərinin sayı xüsusilə Afrikada böyük sürətlə artır.

Buna səbəb mobil telefonların Afrikada getdikcə daha çox ödəniş vasitəsinə çevrilməsidir.

Mark Zuckerberg

Təkcə Keniyada 16 mln istifadəçi mobil telefonlardan istifadə edərək Facebook şəbəkəsinə daxil olur.

2004-cü ildən bəri Facebook sosial şəbəkəsi dünya boyü istifadəçilərini öz aralarında 140.3 mlrd dəfə "dostlaşdırmışdır".

Facebook şəbəkəsi investorlar üçün cəzibəliyinin qorunması yolunu istifadəçilərin sayının daimə artmasında görür.

Bu məqsədlə şəbəkə özü üçün yeni bazar məkanları axtarır, Çin və Rusiyaya nəzər salır.

Facebook vs Vkontakte

Facebook şəbəkəsinin Rusiyada hazırda 7 mln istifadəçisi var, bu göstəriciyə görə, Facebook 100 mln istifadəçəsi olan Rusiyanın Vkontakte rusdilli şəbəkəsindən xeli geridədir.

Mark Zuckerbergin Rusiyaya səfəri, Rusiyanın Baş naziri Dmitri Medvedevlə görüşməsi də məhz Facebook'un Rusiya bazarında mövgeyini möhkəmləndirmək niyyətindən irəli gəlir.

"Facebook üçün əsas problem yalnız say baxımından inkişaf deyil, daha əhəmiyyətlisi xidmətlərinin və öhdəliklərin zənginləşdirilməsidir," Ovum şirkətinin aparıcı texnoloji araşdırma təhlilçisi Eden Zoller bildirib.

Bu yaxınlarda Facebook "saxta" istifadəçilərin mövcudluğunu etiraf etməli olmuşdu, bu fakt saytın nüfuzuna müəyyən dərəcədə zərbə vurmuşdur.

Facebook istifadəçilərinin sayı 1 milyardı keçib

Facebook böyük biznesi və investorları inandırmağa çalışır kı, səhifəsindəki reklam ənənəvi reklam vasitələrindən heç də geri qalmır.

Bu məqsədlə Facebook marketinq araşdırmaları aparan Datalogix ABŞ şirkətinin köməyinə müraciət edib.

Nəhəng məlumat bazası

Facebook şəbəkəsi istifadəcilərinin şəxsi məlumatı kimi nəhəng məlumat bazasına malikdir.

Ekkpertlər xəbərdarlıq edir, ki bu şirkət üçün həm üstünlük ola bilər, həm də təhlükə kəsb edə bilər.

Britaniyada nazirlər online ictimai xidmətlərdən istifadə etmək üçün facebook profilindən şəxsiyyət identifikasiyası vasitəsi kimi istifadə etməyi nəzərdən keçirirlər.

Bu məqam tənzimləyici qurumların narahatlığına səbəb olub.

Avropada Fracebook şəbəkəsində şəxsi məlumatlardan istifadənin ciddi məxvililiyinin təmin olunması səsləri getdikcə güclənməkdədir.

Ekspertlər hesab edir ki, Facebook istifadəçilərinin şəxsi məlumatlarının istifadəsində məxviliyin pozulması hallarına yol verəcəyi halda şəbəkənin üstünlüyü hesab olunan həmin məqam Facebook üçün lənətə çevrilə bilər.

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.