
İran rəsmiləri Almaniyanın Siemens şirkətinin mühəndislərini İranın nüvə proqramı üçün nəzərdə tutulan elektrik avadanlığında mikro-partlayıcı maddələr yerləşdirməkdə ittiham edib.
Siemens şirkəti İran tərəfinin ittihamlarını rədd edib.
İran parlamentinin təhlükəsizlik məsələləri üzrə komitəsinin rəhbəri Əliətdin Bərucəri bildirib ki, həmin cüzi ölçüsü olan partlayıcı cihazları Siemens şirkətinin mühəndisləri tərəfindən avadanlığa qoşulmasının məqsədi partlayış törədilməsi və uranı zənginləşdirən sentrifuqların sıradan çıxarılmasıdır.
Berlindən BBC müxbirinin xəbər verdiyi kimi, İran parlamenti üzvünün bu bəyanatı bir sıra sualların yaranmasına səbəb olub.
Beləki, Tehran tərəfindən İran nüvə proqramı üçün sözügedən avadan Siemens-dən birbaşa yoxsa ortaqlar vasitəsilə alınması, yoxsa kı söhbətin Qərb kəşfiyyat xidmətlərinin məxvi əməliyyatından getdiyi hələlik məlum deyil.
İran rəsmilərinin sözlərinə görə nüvə obyektlərinin elektrik avandanlığında partlayışın törədilməsi son nəticədə uranın zənginləşdirilməsi üçün işlədilən sentrifuqların yarasız hala sala bilər.

















