
ABŞ İran höküməti əleyhinə fəaliyyət göstərən "Mücəhiddin-e Xalq" təşkilatını terrorçu qrupları daxil etdiyi "qara" siyahıdan çıxarmaq niyyətindədir, rəsmi Vaşinqton təmsilçiləri xəbər verir.
İran Xalq Mücədiddinləri təşkilatı adı ilə tanınan "Mücəhiddin-e Xalq" 1970 illərdə İranda şah rejiminə qarşı partizan müharibəsi aparıb, halbuki İran höküməti mıəhz o dövrlərdə Vaşinqton tərəfindən dəstəklənirdi.
1979 ildən sonra isə təşkilat İranda teokratik rejimə qarşı mübarizə aparıb.
Təşkilatın döyüşçüləri üçün Səddam Hüseyn İraqda lazımı şərait yaratmışdı.
Lakin İraqın hazırkı hökümətində şiələr üstünlük təşkil edir, İraq hazırda İrana dost ölkədir, və "mücahidləri" İraq ərazisindıən çıxarmağı qarşısına məqsəd qoyub.
ABŞ "Mücəhiddin-e Xalq" təşkilatını qara siyahısınaa 1997 ildə daxil etmişdi.
Lakin hazırda təşkilat bir məqsədə çatmaq üsulu kimi zorakılıqdan əl çəkdiyini bəyan edir və Konqresdə müvafiq qərarın qəbul edilməsi üçün lobbiçilik fəaliyyəti göstərib.
Bu qərarın heç də az olmayan əleyhdarları da var. Onlar deyirlər ki, bu təşkilatın qara siyahıda qalması üçün əsaslar kifayət qədər çoxdu.
Klintonun məxvi məktubu.
Dövlət Katibi Hillari Klinton bu məsələ ilə bağlı öz rəyini Konqressə göndərib.
Rəyin məzmunu məxvi saxlanılır. Lakin ötən gün Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland sözügedən sənədin mövcudluğu faktını təsdiqləyib.
Viktoriya Nuland bildirib ki, yaxın vaxtlarda məsələyə dair müvafiq qərarın da qəbul ediləcəyini gözləmək olar.
"Bu barədə ictimaiyətə açıqlama oktyabrın 1-dək edilə bilər ", Viktoriya Nuland deyib.
Bir sıra respublikaçı konqresmenlər ABŞ administrasiyasının bu addımlarını alqışlayıblar.
Digər ölkələr isə Mücəhiddin-e Xalq təşkilatına bundan əvvəl bəraət qazandırmışdılar.
Böyük Britaniya bu təşkilatı öz qara siyahısından 2008 ildə, Avropa İttifaqı isə 2009 ildə çıxarıb.

















