
İran azərbaycanlılarının öz müqəddəratını təyin etmə hüqüqunun tanınmasna dair Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim etdiyim qətnamə layihəsi məqsədə doğru birinci addımdır, ABŞ Konqressmeni Dana Rohrabaker cümə günü BBC-Azərbaycancaya eksklüziv müsahibəsində belə deyib.
H.CON.RES.137qətnamə layihəsi Azərbaycan və İran arasında bölünnüş Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, ölkəsini seçmək hüququndan bəhs edir.
Mənim əsas məqsədim bu ideyanı beynəlxalq müzakirəyə çıxarmaqdır. Biz onu qanun halına salmalı idik ki, həm Birləşmiş Ştatlarda, həm də dünyanın başqa yerlərində geniş debat mövzusu aça bilək. .... Növbəti addım isə Konqresdə qətnamə layihəsi üzərində dinləməyə nail olmaq və qanunverici mərhələlər üzrə irəliləməkdir, deyib eyni zamanda Nümayəndələr Palatasının xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədri olan konqresmen Rohrabaker jurnalist Ələkbər Raufoğlu ilə söhbətində.
Kaliforniyadan seçilmiş respublikaçı konqresmen iyul ayında dövlət katibi Hillari Klintona məktubyazaraq Azərbaycan xalqının, öz razılığı olmadan 1828-ci ildə Rusiya və Fars imperiyaları arasında bölündüyünü bildirmişdi. Dövlət Departamenti məktubdan ağah olduğunun və ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini elan etmişdi.
Referendum, milli kimlik, mədəni haqlar...
Konqressmen Rohrabakerin təbirincə, onun təşəbbüsü sərhəd dəyişikliyinin dəstəklənməsi anlamına gəlməməlidir. Sadəcə, o hesab edir ki, Azərbaycanın İran əyalətlərində yaşayan adamların ayrılmaq istədiyini bilib-bilməmək üçün referendum keçirilməlidir.
Mənim mesajım odur ki, azərbaycanlılarla dünyadakı bütün xalqlarla kimi ilə olduğu kimi davranılmalıdır. İlk növbədə onlara öz gələcəklərini müəyyənləşdrimək haqqı verilməlidir... Mən demirəm ki, bu gələcək konkret harada olmalıdır, amma bir şeyə əminəm ki, o, mütləq seçki qutularında, özü də saxtalaşdırılmamış seçkinin nəticələri əsasında müəyyənləşməlidir, deyib qanunverici.
Onun fikrincə, əsas məsələ bu insanlara milli kimliklərini, mədəni haqlaını müəyyənləşdirmək imkanı verməkdir
Azərbaycanlılar səs vermək, seçmək və gələcəklərini harada - İranda, Azərbaycan yoxsa tamamilə müstəqil bir ölkədə gördüklərini özləri müəyyənləşdirmək iqtidarında olmalıdırlar. Bu, onların təməl haqlarıdır və dünyadakı başqa xalqlar kimi, onların da bu bundan bəhrələnmək öz müqəddəratını təyin etmək hüququ var, əlavə edib Konqresmen.
O həmçinin yada salıb ki, əsasən etnik azərbaycanlıların yaşadığı İran əyalətləri Şərqi və Qərbi Azərbaycan adlanır. Bununla da Tehran hökuməti təsdiq edir ki, azərbaycanlıların vətəni bölünüb...
Məqsəd addım atmaqdır

Bu qanun layihəsi əslində konkret bir məqsədə yönəlib - addım atmaq. Konqresdə müzakirələrin nəticəsindən asılı olmayaraq, bu bir tarixdir və hazırda baş verənlər də tarixə yazılır, deyib Konqresmen..
Onun təbirincə, beynəlxalq ictimaiyyət bugünlər İran Azərbaycanlılarının haqları uğrunda qızğın müzakirənin iştirakı olub, münasibətini bildirəcək.
Beləliklə, hazırda biz birinci mərhələdəyik - yəni milli və beynəlxalq müzakirələr... Əsas sual İran Azərbaycanlılarının öz müqəddəratını təyin etmək haqlarını tanımaqdır vurğulayıb qanunverici.
ABŞ-ın isyasəti
Müsahibə boyu Konqresmen təşəbbüsünün tənqidçilərinə də mesaj ünvanlayıb. Belə ki, onu Azərbaycanlıların məsələsini qabartmaqla ABŞ-İran gərginliyini, azərbaycanlıların özlərini, eləcə də Bakı-Tehran münasbətlərini risk qarşısında qoymaqda ittiham edənlər var.
Birləşmiş Ştatların tarixi siyasəti xalqlara təcavüzün və onların hüquqlarının pozulmasının qarşısının alınmasından ibarət olub, yada salıb Konqresmen.
Mənim mesajım odur ki, xalqa xarici məcburiyyət olmadan, sülh və barış içində yaşayan millətlər birliyində öz statusunu seçmək imkanları verilməlidir, deyə o vurğulayıb.
Bakının mövqeyi
BBC-Azərbaycanca həmçinin konqresmendən qətnamə layihəsini ötən həftəsonu Bakıya səfərindən dərhal sonra irəli sürməsinin səbəblərini soruşub, belə ki, Azərbaycanın rəsmi siyasəti sözügedən təşəbbüsü inkar edir.
Konqresmen Bakıdakı əhval-ruhiyyə ilə yaxından maraqlandığını deyib.
Bakıda insanlarla söhbətlərimiz əsasında Azərbaycan xalqının bu ideyaya müsbət yanaşdığının şahidi olduq. Onlar da İranda azərbaycanlıların gələcəyinin seçki ilə müəyyənləşməsinin vacibliyi düşüncəsidədir, deyib Konqresmen Dana Rohrabaker.

















