Azərbaycan London Olimpiadasında 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazandı

Bugün Azərbaycanın sərbəst güləş üzrə yığmasının 2 üzvü - 96 kq çəki dərəcəsində Xetaq Qazyumov və 66 kq çəki dərəcəsində Cəbrayıl Həsənov yarışlarda çıxış ediblər.
Azərbaycan güləşçisi Xetaq Qazyumov London Olimpiadasında bürünc medal qazanıb, Cəbrayıl Həsənov isə çıxışını 5-ci yerdə bitirib.
Beləliklə London Yay Olimpiya Oyunlarına 53 idmançı ilə qatılan Azərbaycanın bütün idmançıları Olimpiadada çıxışlarını başa vurublar.
Azərbaycan idmançılarından 10-u London Olimpiadasının medallarını qazanıblar:
Toğrul Əskərov (sərbəst güləş, qızıl)
Şərif Şərifov (sərbəst güləş, qızıl)
Mariya Stadnik (sərbəst güləş, gümüş)
Yuliya Ratkeviç (sərbəst güləş, bürünc)
Xetaq Qazyumov (sərbəst güləş, bürünc)
Rövşən Bayramov (Yunan-Roma güləşi, gümüş)
Emin Əhmədov (Yunan-Roma güləşi, bürünc)
Valentin Xristov (ağırlıqqaldırma, bürünc)
Teymur Məmmədov (boks, bürünc)
Məhəmmədrəsul Məcidov (boks, bürünc)
























