Arif Hacılı müvəqqəti azadlığa buraxılıb

Arif Hacılı
Çap edildi

Aprel etirazları ilə bağlı məhkum edilən Müsavat Partiyasının aparat rəhbəri anasının yas mərasimində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılıb.

APA agentliyi müxalifət liderinin müvafiq müraciətinin təmin olunduğunu bildirir.

“Cənab prezidentin tapşırığı ilə Arif Hacılı evə buraxılıb. Ona yeddi gün anasının yas mərasimində iştirakına icazə verilib”, - APA agentliyində ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyevdən iqtibas gətirilir.

Müxalifət liderinin Zaqatalaya yollandığı bildirilir.

Turan agentliyi 2 ay əvvəl Hacılının ağır xəstə olan anası ilə görüşmək üçün buraxılmasına icazə verilmədiyini yazır.

Müxalifət lideri ötən ilki aprel etirazlarında iştirakı ilə bağlı <span ><link type="page"><caption> 2.5 il müddətinə azadlıqdan məhrum</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/05/120518_hunger_strike.shtml" platform="highweb"/></link>edilib.

Arif Hacılı Mayın 15-də siyasi məhbusların azad olunması tələbi ilə məhbəsdə keçən <link type="page"><caption> aclıq aksiyanın</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/05/120518_hunger_strike.shtml" platform="highweb"/></link> iştirakçısı olub.

O Amnesty İnternational təşkilatının vicdan məhbusları siyahısına daxil edilib.

Azərbaycan hökuməti siyasi məhbuslara malik olmadığını bildirir.