Türkiyədə eks-prezident Evrenin məhkəməsi başlayıb

Eks-prezident Evren
Çap edildi

Ankarada istefada olan generallar Kənan Evren və Tahsin Şahinkayanın 1980-ci il dövlət çevrilişilə bağlı iş üzrə məhkəmə prosesi başlayıb.

Kənan Evren çevrilişdən sonra Türkiyənin prezidenti olub.

1980-ci il çevrilişini təşkil edənlərdən yalnız bu iki general hazırda sağdır.

2010 ilə qədər Türkiyə Konstitusiyasına görə adı çəkilən şəxslərin məhkəmədən immuniteti təmin edilib.

Bu yaxınlarda konstitusiyaya edilən düzəlişə əsasən 1980 il çevrilişi ilə əlaqədar generalların məhkəmə təqibindən toxunulmazlığına son qoyulub.

Dövlət çevrilişi nəticəsində yarım milyonadək insan Türkiyədə həbs olunmuşdu, çoxları işgəncələrə məruz qalmışdı.

Çoxları Türkiyədə bu məhkəmə prosesinin rəmzi məna daşıdığını qeyd edir.

BBC Ankara müxbirinin qeyd etdiyinə görə, başlanmış məhkəmə prosesi Türkiyədə hakimiyyətin ağırlıq mərkəzinin biz zamanlar qüdrətli görünən Türkiyə hərbiyyəsindən bnə dərəcədə uzağlaşdığını əks etdirir.

Prokurorluq Kenan Evrenlə Tahsin Şahinkayanın ifadələrini video əlaqə ilə dinləyə biləcəyini qeyd edib.