"Agentliyin yeni hesabatı cənab Obamadan ilhamlanıb"

Şəklin mənbəyi, isna
İranla bağlı BMT nüvə agentliyinin <link type="page"><caption> yeni hesabatı </caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2011/11/111109_georgia_nato.shtml" platform="highweb"/></link>İranın nüvə tədiqatının hərbi məqsədli olduğunu açıqlayıb.
Tehranda iranlılar Reuters-ə deyib ki, Beynəlxalq Atom Enerjisi agentliyi ABŞ-ın sifarişilə işləyir.
Əvəz Yari adlı iranlı deyib: Agentliyin yeni hesabatı cənab Obamadan ilhamlanıb və İslam Respublikasına qarşı yeni plandan başqa bir şey deyil.
Məhəmməd Həmidi də eyni fikirdədir: "Agentlik guya ki, beynəlxalq təşkilatdır, amma reallıqda bəzi lovğa güclərin əsirliyində və nəzarəti altındadır. Bu, onların bizim ölkəmizə qarşı xəbər oyunudur".
İsrail mediası hesabatdan öncə, İranın nüvə obyektlərinə mümkün hücumlara dair məlumatlar yaymışdı.

Şəklin mənbəyi, Reuters
Qüdsdə sakinlər deyir ki, İranı nüvə silahlarından çəkindirməkdə bütün dünya maraqlı ollmalıdır.
Erez Qoldman adlı sakin deyir: "Bizim əsas problemimiz də elə budur. Həqiqət odur ki, Rusiya və Çin hazırda dərk etmir ki, İran necə bir təhlükədir və hətta ona dəstək verirlər. Onlar bunu anlamayınca və Qərblə, ABŞ-la bir olmayınca, İrana hücumdan başqa bir həll yolu görmürəm".
Digər bir Qüds sakini Allen Shuchalter deyir: "İran kimi narahat və qeyri-sabit ölkənin kütləvi qırğın silahları hazırlamasına imkan vermək çox təhlükəlidir. Amerikalılar İraqa müharibəyə getdilər və gördülər ki, orada kütləvi qırğın silahları yoxdur. Amma bu o demək deyil ki, onlar indi gücdən istifadəyə tərəddüd etməlidirlər".
O, hesab edir ki, hər hansı ciddi iqtisadi sanksiyalara imkan varsa, onları tətbiq etmək lazımdır: "Amma çox az vaxt qalıb. İsraillilər nə üçün riskə getməli və yer üzündən silinməklə hədələnməlidirlər"
























