ABŞ BMT TŞ-da "Azərbaycan ilə yaxından işləyəcəyinə" ümid edir

Şəklin mənbəyi, Getty
Rəsmi Vaşinqton Azərbaycanı 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı təbrik edib.
AzərTAC-ın Vaşinqton müxbiri xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəsmisi öz bəyanatlında bildirib.
Azərbaycanın BMT Təhlükəsizlik Şurası seçkilərindəki qələbəsi ilə bağlı Amerikanın mövqeyini ifadə edib.
Diplomat demişdir ki, ABŞ BMT TŞ-da "Azərbaycan ilə yaxından işləyəcəyinə ümid edir”.
Azərbaycan oktyabrın 24-də Nyu-Yorkda BMT Baş Məclisinin iclasında gizli səsvermə yolu ilə 155 üzv dövlətin dəstəyini qazanaraq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Qurumun qaydalarına görə, BMT Təhlükəsizlik Şurasında sədrlik səlahiyyətləri hər ay əlifba sırası ilə bir üzv dövlət tərəfindən həyata keçirilir.




















